Unibank kartlarının balansında yaranan problemlərlə bağlı bankdan AÇIQLAMA
07.01.2020 06:22 Gündəm

Unibank kartlarının balansında yaranan problemlərlə bağlı bankdan AÇIQLAMA

Unibank kartlarının balansında yaranan dəyişikliklər artıq həllini tapıb.

"MediaPost"un məlumatına görə, bu barədə bankdan bildirilib.

"Bir qədər əvvəl bəzi Unibank kartlarının balansında yaranan dəyişikliklər artıq həllini tapıb. Kartların balansı bərpa olunub. Məsələyə operativ münasibət bildirən bütün müştərilərimizə təşəkkür edirik! Belə həssas məqamda məsələyə daha soyuqqanlı yanaşan və son anadək hər kəsin bankına güvənən, etibar edən və sosial şəbəkələrdə ədalətli mövqe nümayiş etdirən müştərilərimizə isə xüsusi minnətdarlıq bildiririk!"

Xatırladaq ki, "Unibank" ASC-nin debet kartlarından vəsaitlərin silinməsinə başlanmışdı. Məlumata görə, silinən vəsaitlərin məbləği müştəridən asılı olaraq dəyişib. Bəzi kart istifadəçiləri isə əksinə, balanslarına əlavə vəsaitlərin yükləndiyini bildiriblər.

"MediaPost"

Xəbərlər departamenti

Gündəm