Ünvanlı sosial yardımla bağlı dəyişiklik layihəsi hökumətə təqdim edilib
30.01.2020 08:00 Cəmiyyət

Ünvanlı sosial yardımla bağlı dəyişiklik layihəsi hökumətə təqdim edilib

“Ünvanlı dövlət sosial yardımı haqqında” qanuna və “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları”na dəyişikliklər layihələri hazırlanıb.

Bu barədə “MediaPost”a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.

Bildirilib ki, nazirlik tərəfindən ünvanlı dövlət sosial yardımının təyinatında ünvanlılıq prinsipinin daha dolğun şəkildə təmin edilməsi və sosial yardım proqramının aztəminatlı ailələrə əlçatanlığının artırılması üçün qanunvericilikdə təkmilləşdirmə işləri davam etdirilir. Artıq “Ünvanlı dövlət sosial yardımı haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi hökumətə təqdim edilib.

“MediaPost”

Xəbərlər departamenti

Gündəm