"Uşaq pulu" ilə bağlı rəsmi açıqlama
26.11.2019 10:54 Gündəm

"Uşaq pulu" ilə bağlı rəsmi açıqlama

"Hazırda uşaqlarla bağlı ailələrə 14 növ sosial müavinət verilir. Buna görə də il ərzində 494 milyon manat ayrılır. Bu da 585 min uşağın əhatə olunması deməkdir".

Mediapost.az "Report"a istinadən xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Anar Kərimov deyib.

Onun sözlərinə görə, təkcə bu il ərzində ünvanlı sosial yardımdan 160 min uşaq faydalanıb: "Cənab Prezident də son müzakirələr zamanı vurğuladı ki, dövlət vəsaitindən səmərəli, ünvanlı şəkildə istifadə olunmalıdır. Uşaq pulu isə ünvanlılıq prinsipinə tam cavab vermir" .

Mediapost.az

Xəbərlər departamenti

Gündəm