Uşaqlar arasında koronavirusun yeni əlaməti ortaya çıxdı
27.04.2020 17:20 Dünya

Uşaqlar arasında koronavirusun yeni əlaməti ortaya çıxdı

“Report” “Daily Mail”ə istinadən xəbər verir ki, krallıqda uşaqlar arasında koronavirusla bağlı bədənin müxtəlif hissələrində səpmələr və kütləvi iltihab halları yayılıb.

Ölkənin Milli Səhiyyə Xidməti bununla bağlı bütün xəstəxanalara xəbərdarlıq edib. Son 3 həftədə yüksək hərarətlə müşayiət olunan və kütləvi olaraq uşaqlar arasında rast gəlinən bu iltihab halları reanimasion müdaxilə tələb edir. Buna görə də xəstəxanaların reanimasiya şöbələrində çarpayı çatışmazlığına qarşı hazırlıqların görülməsi tövsiyə olunub.

"MediaPost"

Xəbərlər departamenti

Gündəm