“Uşaqları öldürürsənsə, insan deyilsən” – Mustafa ilə həyat yoldaşından ermənilərə
22.10.2020 10:24 Şou-biznes

“Uşaqları öldürürsənsə, insan deyilsən” – Mustafa ilə həyat yoldaşından ermənilərə

Türkiyəli müğənni Mustafa Ceceli həyat yoldaşı Selin İmerlə restorandan çıxarkən görüntülənib.

“MediaPost” xəbər verir ki, cütlük Ermənistanın Azərbaycandakı sivillərə qarşı törətdiyi qətliam barədə danışıb:

“Uşaqları öldürürsənsə, insan deyilsən. 10 aylıq uşağı öldürüb çıxıb “azadlıq” deyə bağıra bilməzsən. Azərbaycandakı dostlarımla tez-tez danışıram. Ürəyimiz onlarladır”.

Qeyd edək ki, M.Ceceli də daxil olmaqla 50-dən çox türkiyəli sənətçi Azərbaycanla bağlı paylaşım etmiş, Gəncə qətliamından kədərləndiyini və ölkəmizi dəstəklədiyini bildirmişdi.

Pərviz Hüseyn

Gündəm