ÜST: Avropanın əksər hissəsində koronavirusa yoluxmada artım var
04.03.2021 15:17 Dünya

ÜST: Avropanın əksər hissəsində koronavirusa yoluxmada artım var

"Avropanın əksər hissəsində, xüsusən də Mərkəzi və Şərqi Avropada koronavirusa yoluxma hallarında artım müşahidə olunur".

"MediaPost" xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa üzrə regional direktoru Hans Klüge keçirilən brifinqdə bildirib.

Onun sözlərinə görə, təkcə ötən həftə Avropada koronavirusa yoluxma halları 9% artıb ki, bu da 1 milyondan çox şəxsin virusa yoluxması deməkdir.

Anara Mikail

Gündəm