ÜST: "Bəzi ölkələr pandemiyanın ilkin mərhələsindədir"
27.04.2020 21:26 Dünya

ÜST: "Bəzi ölkələr pandemiyanın ilkin mərhələsindədir"

“Bəzi ölkələr hələ pandemiyanın ilkin mərhələsindədir”.

“MediaPost” xəbər verir ki, bu fikirləri Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) nümayəndəsi Marqaret Harris deyib.

O bildirib ki, Afrikada virusun geniş yayılmadığı müşahidə olunur: "Cənubi Amerikada da vəziyyət belədir. Bu regiondakı ölkələrdə səhiyyə sisteminin güclü olmaması bizi narahat edir. Onlar pandemiyanın qarşısını almaqda çətinlik çəkə bilərlər. Həmin ölkələrlə çox yaxından, sıx əməkdaşlıq şəraitində çalışırıq, onlara hazırlıqlı olmağı öyrətmişik. Bununla belə yenə də həmin regionlarda pandemiyanın ağır keçə biləcəyindən narahatıq”.

Xəbərlər departamenti

Gündəm