ÜST-dən koronavirusla bağlı SOS: "Vaxtımız azalır"
“MediaPost” xəbər verir ki, bu sözləri Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş katibi Tedros Adhanom Qebreyesus deyib.
“Amma bu fürsəti indi əldən versək, o zaman ciddi problemimiz olacaq. Bir gün geriyə baxıb bu vaxtdan istifadə etmədiyimiz üçün peşman olmamalıyıq”- deyə bildirib.
Tedros İranda koronavirusa yoluxanların sayının artmasınıdan, eləcə də epidemiyanın Livana yayılmasından da danışıb: “Bütün bu nöqtələr sıralananda vəziyyət çox narahat edicidir”.
ÜST rəsmisi həmçinin epidemiya ilə mübarizə üçün daha çox maliyyə yardımı tələb edib.