ÜST-dən vəhşi heyvan bazarları ilə bağlı XƏBƏRDARLIQ
18.04.2020 11:10 Dünya

ÜST-dən vəhşi heyvan bazarları ilə bağlı XƏBƏRDARLIQ

"MediaPost" xəbər verir ki, o, sözügedən bazarların bağlı qalmasının gərəkdiyini bildirib.

Qebreyesus qeyd edib ki, yeni virusların 70%-nin heyvanlardan insanlara keçdiyinin ehtimal olunur. O həmçinin bildirib ki, başqa epidemiyaların yayılmasının qarşısının alınması üçün bu bazarlarla bağlı müəyyən addımlar atılmalıdır.

ÜST rəsmisi milyonlarla insan üçün qida mənbəyi olan belə bazarların yalnız qida təhlükəsizliyi və gigiyena qaydalarına uyacağı təqdirdə yenidən açılmasının mümkünlüyünü vurğulayıb.

Qebreyesus həmçinin ÜST-ün BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) ilə birgə vəhşi heyvan bazarları ilə bağlı təhlükəsizlik təlimatları hazırladığını əlavə edib.

Xəbərlər departamenti

Gündəm