ÜST: “Dünyada vəba xəstəliyinin yayılma riski çox yüksəkdir”
23.03.2023 09:08 Gündəm

ÜST: “Dünyada vəba xəstəliyinin yayılma riski çox yüksəkdir”

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) vəba xəstəliyinin dünyada yayılma riskini çox yüksək qiymətləndirir.

MediaPost TASS-a istinadən xəbər verir ki, bu barədə ÜST-ün epidemioloji bülletenində deyilir.

Bildirilib ki, martın 20-nə olan məlumata görə, 24 ölkədə vəba xəstəliyinə yoluxma ilə bağlı yeni hallar qeydə alınıb.

“Əvvəlki bülletenin dərc edildiyi 2023-cü il fevralın 11-dən bəri dünyada vəba xəstəliyinin yayılması ilə bağlı qlobal vəziyyət pisləşib. Dörd yeni ölkədə bu xəstəliyin yayılması barədə məlumat verilib”.

Xəbərlər departamenti

Gündəm