Vaksin sınaqlarında iştirak edən könüllü həyatını itirdi
22.10.2020 10:15 Dünya

Vaksin sınaqlarında iştirak edən könüllü həyatını itirdi

"Oxford" universitetinin koronavirus vaksini sınaqlarında iştirak edən braziliyalı könüllü həyatını itirib.

"MediaPost" xəbər verir ki, bu barədə Braziliya Sağlamlıq Tənzimləmə qurumu məlumat yayıb.

Açıqlamada dünyasını dəyişən könüllünün 28 yaşında olduğu qeyd olunsa da, ölüm səbəbilə bağlı dəqiq məlumat verilməyib. Qurum tərəfindən məxfilikdən dolayı daha çox məlumat verilməyəcəyi və hadisənin araşdırılacağı bildirilib. 

Ölkə mediası isə adı açıqlanmayan şəxsin ölümünə "COVID-19 komplikasiyaları"nın səbəb olduğunu yazıb. 

Qeyd edək ki, sözügedən vaksin "Oxford" universiteti tərəfindən "AstraZeneca" ilə ortaq hazırlanır. Vaksin hazırda Braziliya, İngiltərə, Hindistan və Cənubi Afrikada kliniki sınaqların üçüncü mərhələsindədir. 

Anara Mikail

Gündəm