Valeh Ələsgərov yeni vəzifəyə təyin olunub - SƏRƏNCAM
25.11.2019 13:56 Rəsmi

Valeh Ələsgərov yeni vəzifəyə təyin olunub - SƏRƏNCAM

Mediapost.az xəbər verir ki, sərəncamla Valeh Feyruz oğlu Ələsgərov Ələt azad iqtisadi zonasının səlahiyyətli qurumu və onun İdarə Heyəti formalaşana qədər Ələt azad iqtisadi zonasının müvəqqəti idarəetmə qurumunun sədri təyin edilib.

Qeyd edək ki, Prezidentin imzaladığı digər sənədlə “Ələt azad iqtisadi zonası haqqında” qanuna dəyişiklik edilib. Dəyişikliyə əsasən, həmin qanunda nəzərdə tutulmuş Azad Zona səlahiyyətli qurumu və onun İdarə Heyəti formalaşana qədər Azad Zona səlahiyyətli qurumunun və İdarə Heyətinin hüquqlarını və vəzifələrini müvafiq icra hakimiyyəti orqanı tərəfindən yaradılan müvəqqəti idarəetmə qurumu həyata keçirir.

Xəbərlər departamenti

Gündəm