Van Qoqun cızmaqarası 10.4 milyon dollara satıldı
03.03.2021 00:54 Dünya

Van Qoqun cızmaqarası 10.4 milyon dollara satıldı

Tanınmış niderlandlı rəssam Vinsent Van Qoqun “Gənc yapon xanımı” əsərinin cızmaqarası 10.436.000 dollara (təxminən 18 milyon manat) satılıb.

"MediaPost" bildirir ki, “İzvestiya” nəşrinin məlumatına görə, bu barədə “Christie's” hərracının “Twitter” səhifəsində məlumat verilib.

Məlumata əsasən, rəsm əsərinin ilkin eskizinin satıldığı hərrac Nyu-Yorkda baş tutub.

Qeyd edək ki, rəssam bu cızmaqaranı 1888-ci ildə Fransanın Arl şəhərində çəkib.

Əsərin yeni sahibinin adı açıqlanmır.

Xəbərlər şöbəsi

Gündəm