Vanetsyan: "Sarkisyan Qasparyanla bağlı qərarını tezliklə açıqlayacaq"
03.03.2021 14:21 Dünya

Vanetsyan: "Sarkisyan Qasparyanla bağlı qərarını tezliklə açıqlayacaq"

"Ermənistan prezidenti Armen Sarkisyan yaxın vaxtlarda Silahlı Qüvvələrin Baş Qərargah rəisi Onik Qasparyanın vəzifəsindən azad edilməsi barədə fərman layihəsinin Konstitusiya Məhkəməsinə təqdim edilməsi ilə bağlı qərarını açıqlayacaq".

"MediaPost" "Sputnik Armenia"ya istinadən xəbər verir ki, bu barədə Ermənistan Milli Təhlükəsizlik Xidmətinin keçmiş rəhbəri Artur Vanetsyan jurnalistlərə açıqlamasında bildirib.

"Prezidentlə görüşdük. Baş Qərargah rəisinin istefası və bu məsələ ilə bağlı Konstitusiya Məhkəməsinə edilən müraciətlər müzakirə edildi. Prezident bizi dinlədi və qərarını yaxın vaxtlarda açıqlayacağını söylədi", - deyə Vanetsyan qeyd edib.

Anara Mikail

Gündəm