Varidatı 1 trilyon dollar olan yeni şirkət qeydə alınıb
17.01.2020 10:38

Varidatı 1 trilyon dollar olan yeni şirkət qeydə alınıb

"Mediapost" Lenta.ru saytına istinadla xəbər verir ki, dünyanın 4-cü ən varlı şirkəti kimi qeydə alınan Alphabet-in NASDAQ birjasında kapitallaşması yanvar 17-də 1 trilyon dollara çatıb, A sinif səhminin birinin qiyməti 1450.16 dollara kimi yüksəlib.

Birinci üç yerdə Səudiyyə Ərəbistanının dövlət neft şirkəti “Saudi Aramco” (səhmləri təxminən 1.85 trilyon dollar), ABŞ-ın Apple (1.41 trilyon) və Microsoft (1.25 trilyon) kimi texnoloji nəhəngləri qərarlaşıb.

Müxtəlif dövrlərdə trilyon dollarlıq həddi Çin neft şirkəti PetroChina və ABŞ-ın internet nəhəngi Amazon da aşıb, lakin sonradan hər ikisi bu səviyyədən aşağı düşüb.

Nərgiz Malik / "Mediapost"

Xəbərlər departamenti

Gündəm