Vaşinqton Kanadaya yüzlərlə yanğınsöndürən göndərib
600-dən çox amerikalı mütəxəssis meşə yanğınlarını söndürmək üçün Kanadaya göndərilib.
MediaPost RİA Novosti-yə istinadən xəbər verir ki , bunu Ağ Evin mətbuat katibi Karine Jan-Pyer Vaşinqtonda keçirdiyi növbəti brifinqdə bildirib.
Jan-Pyerin sözlərinə görə, ABŞ hakimiyyəti Kanadaya kömək üçün 600-dən çox amerikalı yanğınsöndürən və digər mütəxəssislər, o cümlədən texniki avadanlıq, o cümlədən böyük miqdarda su tökə bilən təyyarələr göndərib.
Sözçünün sözlərinə görə, Kanadadakı vəziyyətlə bağlı məlumatlar mütəmadi olaraq ABŞ prezidenti Co Baydenə çatdırılır.