Vaşinqtonda etiraz aksiyaları keçirilir: Amerika bayraqları yandırılır
04.11.2020 16:02 Dünya

Vaşinqtonda etiraz aksiyaları keçirilir: Amerika bayraqları yandırılır

Ötən gün ABŞ-da keçirilən prezident seçkilərindən sonra vəziyyət gərginləşib.

"MediaPost" xəbər verir ki, paytaxt Vaşinqtonda yerləşən Ağ Evin qarşısında seçkilərlə bağlı aksiyalar keçirilir. Bildirilib ki, etirazçılarla hüquq-mühafizə orqanlarının əməkdaşları və mətbuat nümayəndələri arasında toqquşmalar baş verib.

Bununla yanaşı etirazçılar, Ağ Evin önündə Amerika bayrağını da yandırıblar.

Digər tərəfdən Los Ancelesdə də seçkilərlə bağlı keçirilən aksiyalarda 40 nəfər nəzarət altına alınıb.

Anara Mikail

Gündəm