Vergilər Nazirliyi 6,9 milyon manatlıq müqavilə imzalayıb
Azərbaycan Respublikası Vergilər Nazirliyi “Cybernet” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə 6,9 milyon manatlıq müqavilə imzalayıb.
“MediaPost” xəbər verir ki, Vergilər Nazirliyinin dəstək xidmətinin göstərilməsi, proqram təminatlarında əlavə və dəyişikliklərin edilməsi və lisenziyaların satın alınması ilə bağlı tenderinin qalibi “Cybernet” MMC olub. Şirkət ilə 6 milyon 822 min manat məbləğində müqavilə imzalanıb.