Vətəndaşlar nə etməlidir ki, karantin rejimi ləğv olunsun? - İnfeksionistdən AÇIQLAMA - <span>VİDEO</span>
04.08.2020 14:04 Gündəm Cəmiyyət

Vətəndaşlar nə etməlidir ki, karantin rejimi ləğv olunsun? - İnfeksionistdən AÇIQLAMA - VİDEO

Avqust ayının 5-dən etibarən sanitar-epidemioloji vəziyyətə uyğun olaraq, sərt karantin rejiminin mövcud olduğu şəhər və rayonlarda, eləcə də ölkə üzrə bəzi yumşalmaların tətbiqinə qərar verilib.

“MediaPost” xəbər verir ki, qərara əsasən, SMS icazə sistemi ləğv olunub və müəyyən edilən qaydalar çərçivəsində ölkə üzrə çimərliklərin istifadəsinə icazə verilir.

Yay aylarının olmasını nəzərə qalaraq yumşalmadan sonra insanların çimərliklərə kütləvi axın etməsi, yenidən yoluxmaların sayının artacağı ilə bağlı düşüncə formalaşdırır. Dolayısıyla Operativ Qərargahın yenidən sərt tədbirlərə əl atacağı istisna edilmir. 

Bununla bağlı “MediaPost”a açıqlama verən Mərkəzi Neftçilər Xəstəxanasının həkim-infeksionisti Natiq Əliyev bildirib ki, bu yumşalma insanlarda rahatlıq yaratmamalıdır:

“Virus hələ də bitməyib və mübarizəmiz davam edir. Çalışmaq lazımdır ki, müəyyən olunmuş qaydalar çərçivəsində hərəkət edək. Bu həm özümüz, həm də sevdiklərimizin sağlamlığı üçün vacib şərtdir. Qaydalara əməl olunacağı təqdirdə növbəti həftələrdə daha çox yumşalmaların şahidi ola bilərik”.

Məleykə Ağasoy

Gündəm