Viktoriya Nuland Çinin Vaşinqtondakı yeni səfiri ilə görüşüb
ABŞ dövlət katibinin siyasi məsələlər üzrə müavini Viktoriya Nuland Çinin Vaşinqtondakı yeni səfiri Se Fenlə görüşüb.
MediaPost xəbər verir ki, bu barədə Nuland tviter səhifəsində paylaşım edib.
"Açıq dialoq Çin ilə münasibətlərimiz üçün çox vacibdir", - deyə o, qeyd edib.
Se Fen mayın 23-də Vaşinqtona gəlib.
Vaşinqtona səfir təyin olunmazdan əvvəl o, 2021-ci ildən xarici işlər nazirinin müavini vəzifəsində çalışıb.