Vilayət Eyvazov baş mühəndisi rəis təyin etdi
15.02.2020 07:35 Cəmiyyət

Vilayət Eyvazov baş mühəndisi rəis təyin etdi

“MediaPost” xəbər verir ki, bunla bağlı Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

Əmrə əsasən, Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) İstismar və Texniki Təminat Şöbəsinin baş mühəndisi, polis polkovnik-leytenantı Samir Əhmədov həmin şöbənin rəisi təyin edilib.

BDYPİ-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev faktı "Report"a təsdiqləyib.

Xəbərlər departamenti

Gündəm