Vilayət Eyvazovdan yeni TƏYİNATLAR
01.08.2020 08:43 Gündəm Cəmiyyət

Vilayət Eyvazovdan yeni TƏYİNATLAR

Daxili işlər orqanlarında kadr dəyişikliyi olub.

“MediaPost”un məlumatına görə, bu barədə nazir, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

Əmrə əsasən, Xəzər Rayon Polis İdarəsinin İstintaq şöbəsinin rəisi, polkovnik-leytenant Erol Əliyev işdən çıxarılıb.

O, Qaradağ Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin rəisi təyin olunub.

Qaradağ RPİ-nin İstintaq Şöbəsinin rəisi, polkovnik- leytenant Həsən İsmayılov da Xəzər RPİ İstintaq Şöbəsinin rəisi təyin edilib.Oxu.Az

www.mediapost.az

Xəbərlər şöbəsi

Gündəm