Virusa iki dəfə yoluxan türkiyəli tibb bacısı: "Eyni evin içində uşaqlarımı görə billmirdim"
22.04.2020 12:10 Dünya

Virusa iki dəfə yoluxan türkiyəli tibb bacısı: "Eyni evin içində uşaqlarımı görə billmirdim"

"MediaPost" bu barədə "Haberler.com"a istinadən məlumat verir.

17 martda türk vətəndaşlarının xaricdən gətirilməsi proqramında könüllü olaraq işləyən tibb bacısı İlknur Kəllənci 2 dəfə ard-arda virusa yoluxub. Lakin ötən gün yenidən verdiyi testin nəticəsi neqativ çıxıb.

Tibb bacısı mətbuata verdiyi açıqlamada bildirib ki, könüllü olaraq işlədiyi proqram bitdikdən sonra bir müddət evdə qalmalıydılar:

"14 gün evdə karantində qalmaq lazım idi. Özümdə virusun ilk əlamətini 19 martda hiss etdim. Şiddətli baş ağrılarım var idi, lakin o gün hava soyuq olduğu üçün başımın ağrıdığını düşündüm. Daha sonra əzələ və oynaq ağrılarım yaranmağa başladı. Digər günlərdə mədə bulantısı və ishal baş verdiyi üçün artıq təcili tibbi yardıma müraciət etdim. Test verdikdən sonra nəticəm pozitiv çıxdı. Bir müddət xəstəxanada müalicə aldım. Sağaldığımı düşündüyüm bir anda yenidən simptomları hiss etməyə başladım. Təkrar test verdim və yenə nəticə pozitiv çıxdı. 6 gün evdə müalicə aldım, lazım olan dərmanları qəbul etim. Ötən gün yenə test verdim və bu səfər nəticəm neqativ çıxdı. Onu deyim ki, virus hər kəsdə fərqli şəkildə özünü göstərir. İmmunitetim güclü olduğu üçün virusa qalib gəlməyi bacardım".

Koronavirüse iki kez yakalanan İlknur hemşire nasıl iyileştiğini ...

İlknur Kəlləci əlavə edib ki, karantib müddətində ən çətin məsələ uşaqlarından uzaq qalması olub:

"İkinci dəfə virusa yoluxanda evdə müalicə aldım. İki uşağım var onlardan bir müddət onlardan özümü təcrid etdim. Eyni evin içində idik, amma uşaqlarımı görə bilmirdim. Qızım deyirdi ki, ana, icazə ver sənə qəhvə gətirim. Mən də onu başa salmağa çalışırdım ki, siz bu otağa girməməlisiniz. İndi hər şey yaxşıdır. Övladlarımı qucaqlayıram. Bu müddət əzində məni ayaqda tutan şey, sevdiklərimin motivasiyası oldu. Bu xəstəlik zamanı ən önəmli şeydir".

Xəbərlər departamenti

Gündəm