Virusla bağlı Çin hökumətinin böyük sirri ifşa olundu - Həkim gizlinləri açdı
04.02.2020 14:27 Cəmiyyət

Virusla bağlı Çin hökumətinin böyük sirri ifşa olundu - Həkim gizlinləri açdı

"MediaPost" xəbər verir ki, Çin hökuməti insanları təşvişə salmamaq üçün yeni koronavirus növü ilə bağlı xəbərlərin yayılmasını əngəlləməyə çalışıb. Lakin 30 dekabrda ölkənin həkimlərindən biri bu barədə sosial media hesabından paylaşım edib.

Paylaşımda tibb mütəxəssisi Li Venlian yeni virusun yayıldığını və xüsusi maskalardan istifadə olunmasını tövsiyə edib.

Hadisədən 4 gün sonra İctimai Təhlükəsizlik İdarəsinin bir qrup əməkdaşı həkim Liyə məktub verib və onu imzalamasını tələb edib.

“Xəbərdarlıq edirik, bu qanunsuz fəaliyyətinizi eyni təkəbbür və inadkarlıqla davam etdirsəniz, barənizdə ciddi tədbir görüləcək", - deyə məktubda qeyd olunub.

Polisin Dr. Li'ye imzalattığı mektupta kendisinin yalan iddilarda bulunduğu ifade ediliyordu.

Həkim Li polisin şaiyələr yaymaqda günahlandırılaraq ev həbsində saxladığı 8 nəfərdən biri idi. Lakin virus Çinin bir çox hissəsinə yayıldıqdan sonra polislər ictimaiyyət qarşısında həmin həkimdən üzr istəyib.

Yanvar ayının ilk həftələrində Uhan şəhərindəki səlahiyyətli şəxslər virusun yalnız heyvanlarla təmas yolu ilə ötürülə biləcəyini iddia etsələr də, həkimləri qorumaq üçün təlimatlar hazırlamayıblar.

Həkim Li də bu virusa yaxalananlar arasında yer alıb. Belə ki, o müayinə etdiyi xəstələrdən birinin virusa yoluxmasından xəbərsiz olub. Daha sonra özündə virusun ilkin əlmətlərini hiss edib. O, səhhəti ilə bağlı məlumatı sosial mediada izləyiciləri ilə bölüşüb və vəziyyətini kritik olduğunu qeyd edib. İzləyiciləri isə bu paylaşımın şərh bölməsində onu "Çinin qəhrəmanı" adlandırıb.

Həkim Li Venlianın paylaşımından 10 gün sonra Çin hökuməti virusla bağlı ölkədə fövqəladə vəziyyət elan edib.

"MediaPost"

Dr Li Wenliang

Xəbərlər departamenti

Gündəm