“Visa” Azərbaycan üçün kontaksız ödəniş məbləğini 2 dəfəyə yaxın artırıb
13.04.2020 15:03 İqtisadiyyat

“Visa” Azərbaycan üçün kontaksız ödəniş məbləğini 2 dəfəyə yaxın artırıb

“MediaPost”xəbər verir ki, "Visa" ölkəmizdə kontaksız ödəniş məbləğini 80 manata kimi qaldırıb.

Belə ki, bu gün "Visa", PİN kodu daxil etməklə kart sahibinin şəxsiyyətini təsdiqləməyi tələb etməyən, təmassız əməliyyatlar üçün limitlərin artırıldığını elan edib. Azərbaycan üçün bu hədd 80 manata qaldırılıb. Bu addım gündəlik əməliyyatları daha rahat edəcək. PİN kodu daxil etmədən yeni ödəniş limiti əvvəlkinə nisbətən 60% yüksəkdir, əvvəllər bu məbləğ 50 manat idi.

Xatırladaq ki, "Visa" beynəlxalq plastik kartdır. Onun köməyilə pul vəsaitlərini nağdlaşdırmaq, restoranlarda ödənişlər etmək, kommunal ödənişlər etmək, adi və onlayn mağazalarda müxtəlif məhsul və xidmətləri ödəmək olar.

Xəbərlər departamenti

Gündəm