Vitali Balasanyanın hansı iş üzrə dindirildiyi məlum olub
17.11.2023 09:04 Gündəm

Vitali Balasanyanın hansı iş üzrə dindirildiyi məlum olub

Ermənistan Milli Təhlükəsizlik Xidməti keçmiş qondarma rejimin “Təhlükəsizlik Şurasının katibi” Vitali Balasanyanı dindirib.

MediaPost xəbər verir ki, V.Balasanyan polkovnik Norayr Aslanyanın cinayət işi ilə bağlı dindirilib.

Qeyd edək ki, N.Aslanyan 5 aydır həbsdədir.

O, qanunsuz silah dövriyyəsində ittiham olunur.

Xəbərlər departamenti

Gündəm