VÖEN-i necə ləğv etmək olar? - İZAH
21.04.2020 09:12 İqtisadiyyat

VÖEN-i necə ləğv etmək olar? - İZAH

Vaxtilə fərdi sahibkarlıq fəaliyyəti göstərən və fəaliyyətini dayandıran şəxslər hazırda işsiz olmalarına rəğmən 190 manatlıq birdəfəlik yardım üçün rəsmi işsiz statusunu ala bilmirlər. Səbəb kimi isə onların VÖEN-nin (Vergi ödəyicisinin eyniləşdirmə nömrəsi) aktiv olması göstərilir. Yəni həmin şəxslər hələ də vergi ödəyicisi kimi uçotdadırlar.

Bəs VÖEN-i ləğv etmək üçün nə etmək lazımdır?

"MediaPost" xəbər verir ki, vergi uçotunun ləğv edilməsi üçün “Fiziki şəxsin vergi uçotundan çıxarılması haqqında ərizə” və uçota alınmanı təsdiq edən şəhadətnamə poçt vasitəsilə vergi orqanına təqdim edilməlidir.

Ərizə və onun doldurulma qaydası ilə buradan tanış ola bilərsiniz: Ərizə forması

Vergi orqanlarının ünvanlarını buradan əldə edə bilərsiniz: SİYAHI

Eyni zamanda, gücləndirilmiş elektron imza (o cümlədən ASAN İmzanız) və ya istifadəçi kodu, parol və şifrə vasitəsilə elektron qaydada vergi uçotunun ləğv edilməsi üçün ərizə təqdim etmək mümkündür.

Bu barədə daha ətraflı aşağıdakı videotəlimat vasitəsilə tanış ola bilərsiniz:

Xəbərlər departamenti

Gündəm