VÖEN şifrəsini itirənlər nə etməlidir? - İZAH
23.04.2020 10:14 İqtisadiyyat

VÖEN şifrəsini itirənlər nə etməlidir? - İZAH

Bəzi fərdi sahibarlar isə vergi ödəyicisi kimi qeydiyyatlarını təsdiq edən VÖEN-in (vergi ödəyicisinin eyniləşdirmə nömrəsi) istifadəçi kodu, parol və şifrəsini bilmədikləri üçün sistemə daxil ola və yardımdan faydalana bilmirlər.

Bəs VÖEN-in şifrəsini bilməyənlər nə etməlidir?

VÖEN üzrə istifadəçi kodu, parol və şifrə itirildikdə (və ya unudulduqda) yenisini əldə etmək üçün “Elektron sənəd mübadiləsi haqqında Ərizə”ni müvafiq qaydada tərtib edib poçt vasitəsilə qeydiyyatda olduğunuz vergi orqanına təqdim etməlisiniz.


Vergi orqanlarının ünvanlarını buradan əldə edə bilərsiniz: SİYAHI


Elektron sənəd mübadiləsi haqqında ərizə və onun doldurulma qaydası ilə buradan tanış ola bilərsiniz: Ərizə və arayış formaları

Qeyd edək ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın tələblərini nəzərə alaraq, xidmət mərkəzlərində vergi ödəyicilərinin qəbuluna məhdudiyyətlər tətbiq edilib.

Əlavə sual yarandıqda, müraciətlərin qəbulunun həyata keçirilməsi haqda qeydiyyatda olduğunuz vergi orqanı üzrə xidmət mərkəzlərində çalışan əməkdaşlarla keçiddə göstərilən elektron ünvanlar və telefon nömrələri vasitəsilə əlaqə saxlamaq mümkündür: SİYAHI

Xəbərlər departamenti

Gündəm