Vuçiç Serb Tərəqqi Partiyasının lideri vəzifəsindən istefa verəcək
27.05.2023 03:45 Dünya

Vuçiç Serb Tərəqqi Partiyasının lideri vəzifəsindən istefa verəcək

Serbiya Prezidenti Aleksandar Vuçiç hakim Serb Tərəqqi Partiyasının sədri vəzifəsindən istefa verəcəyini açıqlayıb.

Bu barədə MediaPost TASS-a istinadən xəbər verir.

“Bu gün Serb Tərəqqi Partiyasının sədri kimi sizə müraciət etdiyim son axşamdır. Sabah mən siyasi partiyanın sədri deyil, Serbiyanın bütün vətəndaşlarının lideri olacağam”, - Vuçiç ölkə hökumətinə dəstək məqsədilə keçirilən ümummilli mitinq iştirakçıları qarşısında çıxış edərkən deyib.

Qeyd edək ki, Aleksandar Vuçiç 2012-ci il sentyabrın 29-da partiyanın sədri seçilib.

Xəbərlər departamenti

Gündəm