Vulkan püskürməsi nəticəsində yananları ölü insan dərisi ilə müalicə edirlər
Ötən həftə Yeni Zellandiyada “Whakaari” yanardağının püskürməsi nəticəsində 5 nəfər ölüb, 23 nəfər ciddi xəsarət alıb.
Mediapost.az-ın verdiyi məlumata görə, yaşanan faciə nəticəsində yanan şəxslərin müalicəsi üçün ölü insan dərisindən istifadə olunduğu bildirilib. Həkimlər xəsarət alanların bədənlərində əmələ gələn kimyəvi yanıqların müalicəsinin uzun müddət davam edəcəyini açıqlayıb.
Mütəxəssislər söyləyib ki, yanmış bölgələrin mikrob qapmaması və daha tez sağalması üçün ölü insan dərisindən alınan dərinin yaralıların yanmış hissələrinə köçürülüb. Lakin onların əllərində xəsarət alanların hamısına çatacaq qədər ölü insan dərisi yoxdur. Bu səbəblə də ABŞ və Avstraliyadan milyonlarca dollar dəyərində dəri sifariş edilib.
Xəstələr üçün indiyədək 30 metr ölü insan dərisi sərf olunduğu bildirilib.
Mütəxəssislər ölü insan dərisinin yaralı bölgəni qorumaq üçün keçici olaraq istifadə olunduğunu söyləyib. Lakin toxumalar hər zaman uyğun gəlmədiyi üçün qoyulmuş dərinin yenidən çıxarılıb.