Vüqar Muradov ağır qəzaya düşüb? - FOTO - AÇIQLAMA
12.01.2020 13:08 Mədəniyyət

Vüqar Muradov ağır qəzaya düşüb? - FOTO - AÇIQLAMA

"MediaPost" xəbər verir ki, qəzaya düşdüyü deyilən müğənni bununla bağlı münasibət bildirərək yanlışlığa aydınlıq gətirib.

Vüqar Muradov bildirib ki, onlar arasında oxşarlıq, adları və soyadları, həmçinin xarici görünüşləri təsadüfdü: "Müğənni qəzaya düşüb deyə paylaşanlar sadəcə olaraq reytinq qazanmaq üçün bunu ediblər. Hətta özüm bu şəkli görəndə şok oldum. Dedim, yəqin kimsə mənə qarşı qara piar aparır, amma zəng etdim, buradakı nömrəyə gördüm ki, həqiqətən Vüqar Muradov Fərhad oğlu ağır qeza keçirib. Haqqımda artıq əskik yazanlara ar olsun".

Müğənni həmçinin oxşarının ziyarətinə yollanıb və ona dəstək olduğunu bildirib: “Vüqarın mənə çox oxşarlığı var. O, gördüyünüz kimi çox pis vəziyyətdədir. Qəzaya düşəndə insanın üzü qan içində, çox şiş olur. Mənim də üzüm yumuru olduğu üçün bir-birimizə çox bənzəmişik. Hazırda mən yardıma ehtiyacı olan dostumuz, adaşımın yaşadığı Maştağa kəndindəyəm. Gəlmişəm ona dəstək olmağa. Əziz xalqım, sizdən Vüqar qardaşımıza köməklik istəyirəm. Narahatlığa görə sizin önünüzdə baş əyirəm. Məndən çox narahat olmusunuz. Bu qədər məni axtarıb, zəng vurmusunuz. Bu qədər dəstəyə hazır olmusunuz. Həmin o dəstəyi adaşım üçün sizdən rica edirəm”

Qeyd edək ki, sosial mediada müğənninin oxşarının üzünün qanlı və başı sarğılı fotosunu paylaşaraq ona yardım istənilib. Bu səbəbdən Vüqar Muradovun qəzaya düşdüyü və ağır xəsarət aldığı iddia edilib.

"MediaPost"

Xəbərlər departamenti

Gündəm