Washington Post: "Tramp ölkədə karantin rejimini ləğv etməyə hazırlaşır"
15.04.2020 19:33 Dünya

Washington Post: "Tramp ölkədə karantin rejimini ləğv etməyə hazırlaşır"

Dünyaca məşhur “Washington Post” nəşri Ağ Ev rəhbərliyinin ölkədə karantin rejimini ləğv etməyə hazırlaşdığına dair yeni sənədlər yayıb.

“MediaPost” sözügedən nəşrə istinadən xəbər veri ki, Tramp administrasiyası ölkədə karantin rejimini may ayının 1-dən etibarən ləğv edə bilər. Bununla da ölkədə məktəb, kilsə və ticarət mərkəzlərinin fəaliyyətini bərpa edəcəyi gözlənilir.

Əldə olunan sənədlərə görə, ABŞ-ın koronavirusla mübarizə aparan iki ən böyük təşkilatlarından olan “Xəstəliklərə Nəzarət və Qoruma Mərkəzi” və “Federal Təcili Yardım Təşkilatı'' səlahiyyətliləri karantin rejiminin ləğvi üçün hökumətin adından vasitəçilik edirlər.

Qəzetin yazdığına görə, Ağ Ev rəsmiləri Trampın karantin rejimini ləğv etmək üçün nə qədər həvəsli və qərarlı olduğunu gördüklərindən, bu barədə sənədlər hazırlayaraq ona təqdim edirlər.

Bu arada qeyd edək ki, ABŞ-da koronavirusdan son 24 saatda 2410 nəfər həyatını itirib. Bununla da ölkədə pandemiyadan həyatını itirənlərin sayı 26 mini ötüb. ABŞ -da virusa yoluxanların ümumi sayı isə 609 685 nəfərdir.

Xəbərlər departamenti

Gündəm