"Whatsapp"da problem yaranıb
Dünyanın ən məşhur mesajlaşma şəbəkəsi olan "Whatsapp"da problem yaranıb.
"MediaPost" xəbər verir ki, hazırda "Whatsapp" vasitəsilə səs və foto göndərmək olmur. Göndərilən səs isə açılmır.
Xatırladaq ki, bu gün səhər saatlarından etibarən bir çox istifadəçidə bu problem müşahidə edilib.
"MediaPost"