“WhatsApp”da qrup videozənglərində istifadəçilərin limiti iki dəfə artırılacaq
21.04.2020 16:47

“WhatsApp”da qrup videozənglərində istifadəçilərin limiti iki dəfə artırılacaq

Dünyada 100 milyonlarla insanın koronavirus pandemiyasına görə evdən işlədiyi və ünsiyyət saxladığı bir vaxtdan video kommunikasiya xidmətlərinin populyarlığı kəskin artıb. Xidmətlərdən bir çoxu, məsələn, “Zoom” və ya “Skype” bir konfransa 10 və daha çox istifadəçi qoşmağa imkan verir.

"MediaPost" "ICTnews"a istinadən xəbər verir ki, bu arada “WhatsApp”da qrup videozəngləri üçün 4 istifadəçi limiti rəqiblərinə uduzur. “WABetaInfo” nəşrinin məlumatına görə, “Facebook”a məxsus messencer bu problemi yaxın günlərdə aradan qaldırmağa çalışır.

Messencerin son beta-versiyasında videoçat iştirakçılarının limiti iki dəfə (8-dək istifadəçi) artırılıb.

Hazırda yenilik artıq “WhatsApp” messencerinin “iOS” və “Android” əməliyyat sistemləri üçün beta-versiyalarında

Xəbərlər departamenti

Gündəm