“WhatsApp” e-poçtun yoxlanılması funksiyasını beta istifadəçilərinə təqdim edib
21.11.2023 16:29 İKT

“WhatsApp” e-poçtun yoxlanılması funksiyasını beta istifadəçilərinə təqdim edib

“Meta”nın ən çox istifadə edilən mesajlaşma platformalarından biri olan “WhatsApp” istifadəçi məxfiliyini və təhlükəsizliyini vurğulayan funksiyalar üzərində işləyir. Platforma diqqətini məxfilik və istifadəçi təhlükəsizliyinə yönəldib. 

MediaPost xəbər verir ki, “WhatsApp” hesabları üçün e-poçtun yoxlanılması funksiyası avqust ayından etibarən sınaqdan keçirilir. Bu funksiya sayəsində istifadəçilər şəxsi elektron poçtunu öz hesablarına qoşacaq və mümkün təhlükələrin qarşısını ala biləcəklər. Platformanın atdığı bu addım son zamanlar kiber təhdidlərin və məxfilik problemlərinin artması səbəbindən çox vacibdir. E-poçt yoxlamasını həyata keçirməklə şirkət həmçinin istifadəçilərinin məxfi məlumatlarını qorumaq öhdəliyini nümayiş etdirir. Digər tərəfdən, bu, hakerlər üçün hesablara icazəsiz girişi çətinləşdirir.

Bəs “WhatsApp” e-poçtunu necə yoxlamaq olar?

Əvvəlcə “WhatsApp” proqramında "Parametrlər" bölməsinə daxil olun, hesab bölməsini açın, görünən seçimlərdən e-poçt ünvanına klikləyin, göstərilən boş sahəyə e-poçt ünvanınızı daxil edin, e-poçt ünvanınıza göndərilən kodu proqrama daxil edin.

Bütün bu addımları yerinə yetirsəniz, e-poçtun yoxlanılması prosesini tamamlamış olacaqsınız. Beləliklə, həm hesabınız, həm də mesajlarınız təhlükəsiz olacaq. İlk olaraq beta istifadəçilərinə təqdim edilən xüsusiyyət tədricən adi istifadəçilərə də təqdim olunacaq.

Əzizə Həmidova

Xəbərlər departamenti

Gündəm