“WhatsApp” messencerinə yeni funksiya əlavə edilib
09.12.2019 08:31

“WhatsApp” messencerinə yeni funksiya əlavə edilib

Bu da tapşırıqlar yaratmağa və onlar haqqında bildiriş qəbuluna imkan verir. Yeni funksiya “whatsapp.any.do” saytında təqdim edilib.

Mediapost.az “ICTnews”a istinadən xəbər verir ki, “WhatsApp Reminders” adlandırılmış yeni funksiya ödənişli abunə üzrə bütün qurğularda əlçatandır.

Tapşırıq yaratmaq üçün “Any.do” botuna bildiriş vaxtının göstərilməsi qeyd edilmiş müvafiq mesaj göndərmək lazımdır. Bundan başqa, avtomatik tapşırıqlar yaratmaq üçün digər həmsöhbətlərdən alınmış mesajları yönləndirmək olar.

Xəbərlər departamenti

Gündəm