"WhatsApp"dan daha bir yenilik: 7 gün sonra silinəcək
04.11.2020 14:21 Dünya

"WhatsApp"dan daha bir yenilik: 7 gün sonra silinəcək

Dünyanın nəhəng sosial media platformalarından biri olan "WhatsApp" daha bir funksiya təqdim edir.

"MediaPost" xəbər verir ki, yeni funksiya göndərilən mesajın 7 gün sonra avtomatik olaraq silinməyini təmin edəcək. Bunun üçün isə sadəcə tənzimləmələrdə "müddətli mesajlar" bölməsinə klikləmək kifayət edəcək.

Şirkətdən verilən açıqlamada funksiyanın bu gündən etibarən mərhələli şəkildə istifadəyə veriləcəyi qeyd olunub.

 

Anara Mikail

Gündəm