“Windows 7” sisteminin dəstəklənməsi dayandırılacaq
13.01.2020 13:43 Cəmiyyət

“Windows 7” sisteminin dəstəklənməsi dayandırılacaq

"MediaPost" "ICTnews"a istinadən xəbər verir ki, məlumata görə, qeyd olunan tarixdən sonra ən populyar əməliyyat sistemlərindən biri üçün istənilən dəstək dayandırılacaq. Şirkət istifadəçilərə yeni "Windows 10" əməliyyat sisteminə keçməyi tövsiyə edir.

Qeyd olunur ki, "Microsoft" korporasiyası bu addımı "Windows 7"də təhlükəsizlik sisteminin zəif olması səbəbindən atmağa məcbur olub. On il əvvəl hazırlanan təhlükəsizlik sisteminin müasir təhlükələrin öhdəsindən gələ bilməməsi ilə əlaqədar istifadəçilər hakerlər üçün "asan hədəfə" çevrilib.

Öz növbəsində "Windows 10" mövcud kibertəhlükələr nəzərə alınmaqla hazırlanıb. Bu səbəbdən "Microsoft" arzuolunmaz problemlərlə üzləşməmək üçün əməliyyat sistemlərini yanvarın 14-dək yeniləməyi tövsiyə edir.

"Windows 7" sistemi 2009-cu ilin iyulunda təqdim olunub.

"MediaPost"

Xəbərlər departamenti

Gündəm