"WSJ": Amerikalı podratçılar “Taliban”la əməkdaşlıq edirmiş
28.12.2019 16:45 Xarici siyasət

"WSJ": Amerikalı podratçılar “Taliban”la əməkdaşlıq edirmiş

2009-2017-ci illərdə Əfqanıstanda yaralanmış və ya həlak olmuş ABŞ silahlı qüvvələrinin 143 hərbi qulluqçu və müqaviləli hərbçisinin ailələri “Taliban” terror təşkilatının üzvləri ilə əməkdaşlıq edən böyük ABŞ və beynəlxalq podratçılarını məhkəməyə veriblər.

"MediaPost" gazeta.ru-ya istinadən xəbər verir ki, adıçəkilən podratçıların taliblərə onların qorunması üçün pul verdiyi, terrorçuları işə də götürdüyü məlum olub.

Nəşr qeyd edir ki, köçürmələr bu pulun, yaraqlıların ABŞ qoşunlarına və bu cür fəaliyyətlə məşğul olmayan şirkətlərə hücum etməsinə yola açdığına baxmayaraq edilib. İddia DAI Global LLC və Louis Berger Group şirkətlərinə qarşı qaldırılıb. Onların nümayəndələri baş verənləri şərh etməyib.

Alparslan Öztürk

Xəbərlər departamenti

Gündəm