Xaçmaz polisi narkotik satan şəxsi saxladı
08.01.2020 08:56 Hadisə

Xaçmaz polisi narkotik satan şəxsi saxladı

Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin Quba rayonunda regional qrupundan "MediaPost"a verilən məlumata görə, RPŞ-nin Cinayət Axtarış Bölməsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə rayon sakini Çingiz Məmmədov saxlanılaraq polis şöbəsinə gətirilib. Hal şahidlərinin iştirakı ilə onun üzərinə baxış keçirilən zaman qurudulmuş marixuana aşkar olunub.

Dindirilmə zamanı Ç.Məmmədov rayon ərazisində narkotik maddələrin satışı ilə məşğul olduğu etiraf edib.

Qeyd olunan faktla bağlı Xaçmaz RPŞ-də cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

"MediaPost"

Xəbərlər departamenti

Gündəm