Xaçmazda avtomobildən 25 min manat oğurlanıb
26.02.2021 11:58 Hadisə

Xaçmazda avtomobildən 25 min manat oğurlanıb

Xaçmazda oğurluq edən şəxs tutulub.  

Daxili İşlər Nazirliyindən "MediaPost"a verilən məlumata görə, Xaçmaz RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 21-də rayon ərazisində “Mitsubishi” markalı avtomobildən 25.000 manat pul və içərisində sənəd olan pulqabı oğurlamaqda şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş T.Məmmədov saxlanılıb.

Xəbərlər şöbəsi

Gündəm