Xaçmazda ev yanıb, bir nəfər öldü
31.12.2019 08:56 Hadisə

Xaçmazda ev yanıb, bir nəfər öldü

Fövqəladə Hallar Nazirliyindən "MediaPost"-a verilən məlumata görə, Xaçmaz rayonunun Köhnə Xaçmaz kəndində ümumi sahəsi 240 m² olan ikimərtəbəli 6 otaq və aynabənddən ibarət evin yanar konstruksiyaları 80 m² sahədə və dam örtüyü 50 m² sahədə yanıb. Yanğının kəşfiyyatı zamanı 1971-ci il təvəllüdlü Hacıyev Firuz Saday oğlunun yanmış meyiti yanğınsöndürənlər tərəfindən aşkar edilib. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

Xəbərlər departamenti

Gündəm