Xaçmazda iki maşın toqquşub, xəsarət alanlar var
18.04.2021 18:00 Hadisə

Xaçmazda iki maşın toqquşub, xəsarət alanlar var

Xaçmaz rayonu ərazisinə yol nəqliyyat hadisəsi qeydə alınıb. 

"MediaPost" APA-ya istinadən xəbər verir ki, qəza Gəndob-Yalama yolunun Xaçmaz rayonu ərazisindən keçən hissəsində baş verib. 

"BNW" markalı avtomaşınla "VAZ" markalı nəqliyyat vasitəsi toqquşub. Qəza nəticəsində iki nəfər müxtəlif dərəcəli bədən xəsarətləri ilə Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.  

Faktla bağlı araşdırmalar davam etdirilir.

Xəbərlər şöbəsi

Gündəm