Xaçmazda minik maşını ilə yük maşını toqquşub, ölənlər var
06.12.2019 16:50

Xaçmazda minik maşını ilə yük maşını toqquşub, ölənlər var

APA-nın şimal bürosunun verdiyi məlumata görə, hadisə Gəndob-Yalama yolunun Xaçmazın Çarxı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. “TIR" markalı yük maşını ilə "Priora" markalı nəqliyyat vasitəsi toqquşub. Qəza nəticəsində minik maşınının sürücüsü və sərnişini ölüb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Mediapost.az

Xəbərlər departamenti

Gündəm