Xaçmazda yaşayış yerini tərk edən COVID-19 xəstəsi saxlanılıb
08.04.2021 10:24 Hadisə

Xaçmazda yaşayış yerini tərk edən COVID-19 xəstəsi saxlanılıb

Xaçmaz polisi tərəfindən keçirilən əməliyyat tədrbirləri nəticəsində COVID-19 infeksiyasına yoluxmuş rayon sakininin yaşayış yerini tərk etdiyi müəyyən edilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Quba rayonunda regional qrupundan "MediaPost"a verilən xəbərə görə, Xaçmaz rayon sakini Zəki İskəndərova COVID-19 infeksiyası testinin pozitiv nəticəsinə görə ev şəraitində müalicə təyin edilib.

Daha sonra polis əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə həmin şəxsin yaşayış yerini tərk etdiyi müəyyən edilib və o, rayon ərazisində aşkar edilərək yaşadığı ünvana qaytarılıb.

COVID-19 infeksiyasının daşıyıcısı olan şəxslə profilaktik söhbətlər aparılıb və tam sağalanadək evdən çıxmaması barədə ciddi xəbərdarlıq edilib.

Həmin şəxsin törətdiyi əmələ hüquqi qiymət verilməsi üçün RPŞ-nin İstintaq Bölməsində araşdırmalar aparılır.

Xəbərlər şöbəsi

Gündəm