Xaçmazda yol tikintisinə 15,4 milyon manat ayrılıb
13.12.2019 16:36 Rəsmi

Xaçmazda yol tikintisinə 15,4 milyon manat ayrılıb

Mediapost.az xəbər verir ki, sərəncama əsasən, on iki min nəfər əhalinin yaşadığı 12 yaşayış məntəqəsini birləşdirən Xaçmaz-Niyazoba-Əbilyataq-Qarğalıq avtomobil yolunun tikintisi məqsədilə Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsinin dövlət əsasiı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 15,4 milyon (on beş milyon dörd yüz min) manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.

Xəbərlər departamenti

Gündəm