Xaçmazın iki kəndində yanğın: Meşə təhlükə ilə üzləşib
22.09.2020 08:59 Hadisə

Xaçmazın iki kəndində yanğın: Meşə təhlükə ilə üzləşib

Xaçmazın iki kəndində yanğın hadisəsi baş verib.

"MediaPost" FHN-ə istinadən xəbər verir ki, Xaçmaz rayonunun Çinartala kəndində bağ ərazisində 1,5 ha sahədə kol-kos, quru ot və 100 ədəd meyvə tingi qismən yanıb. Yaxınlıqdakı meşə zolağı yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Rayonun Qımılqışlaq kəndində də ümumi sahəsi 28 m² olan tövlənin dam örtüyünün yanar konstruksiyaları və damına yığılan 2 ton ot bağlamasının 1 tonu yanıb. Ot bağlamalarının qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Xəbərlər departamenti

Gündəm