Yalçın Rzazadə vəfat etdi
Xalq artisti Yalçın Rzazadə vəfat edib.
"MediaPost" xəbər verir ki, o bu gün dünyasını dəyişib. Bu barədə sənətçinin dostları məlumat yayıb.
Qeyd edək ki, Y.Rzazadə 74 yaşında idi.
O, bir müddət əvvəl mədəsində yaranan problemlərə görə xəstəxanaya yerləşdirilmiş. Daha sonra isə əməliyyat olunmaq üçün Türkiyəyə getmişdi.
Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın tapşırığına əsasən, Xalq artisti Yalçın Rzazadənin səhhəti ilə bağlı məsələləri Fond öz nəzarətinə götürmüşdü.