Xalq artisti yerləşdirildiyi "Mərkəzi Klinika"dan qaçıb
15.09.2020 16:16 Mədəniyyət

Xalq artisti yerləşdirildiyi "Mərkəzi Klinika"dan qaçıb - AÇIQLAMA

“Hazırda həkimdə seans qəbul edirəm. Müalicə nədənsə çətin gedir, 3-4 kurs davam edəcək. Bilmirəm nəticəsi necə olacaq. Əsas odur ki, düz istiqamətdəyik”.

Bunu “MediaPost”a açıqlamasında Xalq artisti Şeyx Əbdül Mahmudbəyov səhhəti barədə danışarkən deyib. O, hələ də müalicəsinin davam etdiyini bildirib:

“Çünki 3-4 ay mənə dəqiq diaqnoz qoya bilmədilər, naşı həkimlər mənim vəziyyətimi daha da ağırlaşdırdılar. Xəstəxanadan danışmaq məni bir az da əsəbiləşdirir. İki-üç gün "Mərkəzi Klinika"da yatdım. Sonra oradan qaçdım. Diaqnostika Mərkəzində də bir gecə qaldım, oradan da qaçdım. Xəstəxanalarda qalmaq mənim kimi adam üçün mümkün deyil. Çox ağır, acınacaqlı, dözülməz bir şəraitdir. Pandemiyaya görə qapı-pəncələr bağlıdır. Elə bil “türmə” həyatı yaşayıram. Məndə də bağlı qapılara qarşı bir az fobiya var. Xidmət də həddindən artıq aşağı səviyyədədir. İndi özəl klinikalardan birində mənə lazım olan həkimləri tapmışam. Müalicələri klinikada alsam da, axşam gedib evimdə yatıram. Pandemiyanı bəhanə edirlər, xəstəxanalar faciəvi gündədir.

Vaxtında mənə dəstək verən Heydər Əliyev Fondu oldu. Fond məsələyə qarışmasaydı, yəqin ki, mənimlə danışa bilməyəcəkdiniz”.

Xatırladaq ki, Ə.Mahmudbəyov mədə-bağırsağından və bronxlarından müalicə alır.

Billurə Yunus

Gündəm