Xalq artistinin barelyefinə kondisioner suyu axıdılır - Nazirlikdən AÇIQLAMA
04.08.2020 15:32 Mədəniyyət

Xalq artistinin barelyefinə kondisioner suyu axıdılır - Nazirlikdən AÇIQLAMA

“Azneft” meydanında SSRİ xalq artist Rəşid Behbudovun barelyefi yarasız hala düşüb.

“MediaPost” xəbər verir ki, bu barədə jurnalist Dilqəm Əhməd məlumat yayıb. O bildirib ki, barelyefin bu vəziyyətə düşməsinin səbəbi üzərinə kondisioner suyu axmasıdır.

Məsələ ilə bağlı Mədəniyyət Nazirliyinin mətbuat katibi İntiqam Hümbətov “MediaPost”a bildirib ki, problem tezliklə həll ediləcək:

“Əslində, barelyeflərlə bağlı məsələyə icra hakimiyyətlərinin tabeliyindəki müvafiq qurumlar nəzarət edir və bərpa işlərini həyata keçirir. Ölkəmizin mərhum Xalq artisti ilə bağlı olduğu üçün bu problem bizi də narahat edir. Mədəniyyət Nazirliyi məsələ ilə maraqlanıb. Yəqin ki, qısa müddətdə problem həll ediləcək”. 

Billurə Yunus / MediaPost

Xəbərlər şöbəsi

Gündəm